UN ÇUVALINA TAY OLMAQ
USTA TƏRPƏNMƏK
OBASTAN VİKİ
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368–1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Göydə asarlar (film, 1976)
Göydə asalar (ing. Aces High) — Birinci Dünya müharibəsi haqqında hərbi dram. Müəllifi Cecil Lyuis olan əsərin ekranlaşdırılması. == Süjet == 1916-cı il. Böyük Britaniyanın Kral Hava korpusunun gənc pilotu leytenant Stephen Croft Fransada aerodroma gəlir.